Ailətipli məktəbəqədər təhsil modeli TƏTBİQ OLUNACAQ – NAZİR 

Ailətipli məktəbəqədər təhsil modeli TƏTBİQ OLUNACAQ – NAZİR 

Hazırda oxunan: Ailətipli məktəbəqədər təhsil modeli TƏTBİQ OLUNACAQ – NAZİR 

168441

"Məktəbəqədər təhsildə alternativ modellərdən danışarkən qeyd etməliyik ki, 52-48 faiz paylanma var. Əvvələ qədər məktəbəqədər təhsilə cəlbedilmə imkanı olmayan kəndlərdə artıq bu problem aradan qalxır. 16 minə yaxın cəlbolunma var".

Bizim.Media xəbər verir ki, bunu "Məktəbəqədər təhsildə  keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, 2024-cü ilin sentyabrından etibarən dövlət özəl partnyorluq modellərini tətbiq etmək planlaşdırılır: 

"Burada dövlətin maliyyələşdirdiyi özəl sektordan danışırıq. Maliyyəni dövlət idarəetməni özəl sektor edir. UNİCEF-lə bu istiqamətdə danışıqlar gedir. İnanırıq ki, bu modeli də uğurla tətbiq edəcəyik. Ailətipli məktəbəqədər təhsil modelini də tətbiq etməyi planlaşdırırıq. Xüsusilə, kəndlər üçün bu modellər nəzərdə tutulub.
50 faizə qədər uşağı məktəbəqədər təhsilə cəlbetməyi planlaşdırırıq. Hər bir uşağın heç olmasa 1 il də olsa, məktəbəqədər təhsilə cəlb olunmasını təmin etsək, ibtidai təhsildə nəticəsini görəcəyik".

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO