Polis Ağsuda əməliyyat keçirdi - Saxlanılan var - FOTO

Polis Ağsuda əməliyyat keçirdi - Saxlanılan var - FOTO

Hazırda oxunan: Polis Ağsuda əməliyyat keçirdi - Saxlanılan var - FOTO

168371

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də bir neçə dəfə məhkum olunmuş Xalid Osmanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə X.Osmanovun yaşadığı ünvana da baxış keçirili, oradan satış məqsədilə kibrit qutularında və kağız bükümlərdə saxladığı marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 2 nəfər də məsuliyyətə cəlb olunub.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO