Zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyib?

Zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyib?

Hazırda oxunan: Zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyib?

167919

Bu gün baş vermiş zəlzələ nəticəsində Azərbaycandakı yol infrastrukturunda heç bir ziyan müşahidə edilməyib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Bildirilir ki, agentliyin mütəxəssisləri yol infrastrukturuna baxış keçirib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyətini yoxlayıb. Prosesin günün sonuna qədər davam etdirilməsi nəzərdə tutulub. 
Xatırladaq ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində baş vermiş və maqnitudası 5,6 olan zəlzələdən dərhal sonra AAYDA-nın müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər.

Zəlzələ ilə əlaqədar agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət daha da gücləndirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO