Altıağac qəsəbəsindəki Seysmoloji stansiyadan rəsmi AÇIQLAMA

Altıağac qəsəbəsindəki Seysmoloji stansiyadan rəsmi AÇIQLAMA

Hazırda oxunan: Altıağac qəsəbəsindəki Seysmoloji stansiyadan rəsmi AÇIQLAMA

167886

Bu gün səhər  8.15 radələrində Bakıda hiss olunan zəlzələ respublka Seysmoloji  Xidmət Mərkəzinin  şimal bölgəsindəki stansiyalarında hiss olunubmu? 

Mövzu ilə bağlı Bizim.Media-nın əməkdaşı Xızı rayonunun Altıağac qəsəbəsindəki Seysmoloji stansiyasının rəhbəri ilə  əlaqə saxlayıb.

Ramiz Talıbov stansiyanın yerləşdiyi Altıağac qəsəbəsində də yerli sakinlərin 5 bala yaxın yeraltı təkan hiss etdiklərini  deyərək bildirib ki, zəlzələni biz qeydə almırıq:

"Bizim işimiz buradakı seysmoloji aparatları saz vəziyyətdə saxlamaqdır. Stansiyamızdakı aparatlar saz olmalıdır ki, yerdəki zəlzələni mərkəzə ötürə bilsin. Biz aparatlara ciddi nəzarət edirik. Zəlzələnin  neçə bal olması mərkəzdə ölçülür".

Qeyd edək ki, respublika Seysmoloni Xidmət Mərkəzinin bölgələrdə 38 stansiyası fəaliyyət göstərir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO