COP28-də Bakının Baş planının hansı prinsiplər əsasında olacağı müzakirə edilib - FOTO

COP28-də Bakının Baş planının hansı prinsiplər əsasında olacağı müzakirə edilib - FOTO

Hazırda oxunan: COP28-də Bakının Baş planının hansı prinsiplər əsasında olacağı müzakirə edilib - FOTO

167817

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Şəhərlərin dirçəlişi: Böhrandan sonra ekoloji bərpa” mövzusunda xüsusi sessiya təşkil edilib.

Bizim.Media Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, sessiyada komitə sədrinin müşaviri, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov, şəhər innovasiyası və şəhər iqlimi ilə bağlı beynəlxalq nəşrlərin müəllifi, Sürix şəhər hökumətinin iqlim elçisi Dunya Kovari-Binggeli, BMT-nin Məskunlaşma Proqramının məsləhətçisi Naomi Hugervorst geniş təqdimatlarla çıxış ediblər.

Təqdimatlar zamanı “Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”, ekoloji problemlərin həlli prosesində müasir yanaşmaların tətbiqi, Bakı şəhərinin Baş planının hansı prinsiplər əsasında olacağı, işğaldan azad olunan ərazilərimizə Böyük Qayıdış prosesi, beynəlxalq əməkdaşlıq, vahid şəhərsalma və memarlıq siyasətinin formalaşdırılması və həyata keçirilməsi, həmçinin digər mövzular ətrafında geniş müzakirələr aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO