Qızılcanı kimlər ağır keçirir? - Nazirlik AÇIQLADI 

Qızılcanı kimlər ağır keçirir? - Nazirlik AÇIQLADI 

Hazırda oxunan: Qızılcanı kimlər ağır keçirir? - Nazirlik AÇIQLADI 

167760

“A vitamini çatmayan şəxslərdə qızılca daha ağır keçir və xəstəlik fəsadlaşa bilər. Bu, tədqiqatlar zamanı da sübut olunub”. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi instaqram səhifəsində “Qızılca” mövzusunda yayımlanan canlı yayımda deyib. 

O qeyd edib ki, milli peyvənd təqvimində də A vitaminin verilməsi nəzərdə tutulub. 

"O cümlədən qızılcaya yoluxmuş və ağır keçirən xəstələrə A vitaminin təyini məqsədəuyğun sayılır. Təbii ki, bu zaman doza yaşa görə təyin olunur", - deyə əlavə edib. 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub.

Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir. 
Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədil ilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO