Ankarada 7 aylıq körpəsini boğan qadın məhkəmə qərarı ilə həbs olunub.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, psixoloji problemi olduğu bildirilən ana ifadəsində körpəni yorğanla boğduğunu etiraf edib. 7 aylıq qızı Günəşin nəfəs ala bilmədiyini görən Özlem K. qonşulardan kömək istəyib.
MÖVZU İLƏ BAĞLI:
Tağıyevin oğlunun müəmmalı ölümü - FİLM ÇƏKİLİR - FOTO
Qonşular tərəfindən Ankaradakı Gülhanə Hərbi Tibb Akademiyasına gətirilən körpəni xilas etmək mümkün olmayıb.
Hadisədən sonra ana Ankara Polis İdarəsi tərəfindən həbs edilib.
Bizim.Media