Sülhməramlılar Qarabağda mina axtarışına başladı

Sülhməramlılar Qarabağda mina axtarışına başladı

Hazırda oxunan: Sülhməramlılar Qarabağda mina axtarışına başladı

16741

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin aprelin 3-nə olan fəaliyyəti ilə bağlı məlumatında bildirilir.

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

 

MÖVZU İLƏ BAĞLI:

"Sülhməramlılar Qarabağa müvəqqəti gətirilib" - PA-nın sektor müdiri - FOTO


Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər”, – açıqlamada deyilir.

Bildirilib ki, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər: “Gün ərzində 15 hektar ərazi, 4 km yol təmizləndi, 3 partlayıcı maddə tapıldı.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən 1890 hektar ərazi, 580 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1658 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 387 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib”.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO