Samuxda oğurluq edən 2 nəfər saxlanıldı - FOTO

Samuxda oğurluq edən 2 nəfər saxlanıldı - FOTO

Hazırda oxunan: Samuxda oğurluq edən 2 nəfər saxlanıldı - FOTO

167309

Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndindəki fərdi yaşayış evlərinin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb və məlum olub ki, naməlum şəxs və ya şəxslər qeyri-qanuni yolla mənzilə daxil olaraq oradan ümumi dəyəri 3500 manat olan müxtəlif məişət əşyalarını oğurlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Məhərrəmov saxlanılıb. 

Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun cinayəti bacısı oğlu Sərxan Balakişiyev ilə birlikdə törətməsi də məlum olub. 

Polis əməkdaşları S. Balakişiyevi şübhəli şəxs qismində saxlayaraq istintaqa təhvil verib. 
Faktla bağlı araşdırmalar davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO