Gəncədə köşklərdən oğurluq edən şəxs tutuldu - FOTO

Gəncədə köşklərdən oğurluq edən şəxs tutuldu - FOTO

Hazırda oxunan: Gəncədə köşklərdən oğurluq edən şəxs tutuldu - FOTO

167305

Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki köşklərə qeyri-qanuni yolla daxil olaraq oradan nağd pul, tütün, energetik içki digər satış mallarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, araşdrımalar zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş Xalıq Məmmədov cari ilin noyabr ayında şəhər ərazisində fəaliyyət göstərən 2 köşkə qeyri-qanuni yolla daxil olaraq ümumi dəyəri 5 min manata yaxın müxtəlif əmtəə mallarını və nağd pul vəsaitlərini oğurlayıb.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO