Qaxda qızılca xəstəliyinə ilk yoluxma qeydə alınıb.
Bizim.Media xəbər verir ki, rayonun Qapıçay kənd sakini, 13 yaşlı Sahibə Sirac qızı Babayeva dekabrın 2-i qızılca xəstəliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Yolxucu xəstəliklər şöbəsinə daxil olub.
Məlumata görə, bu Qaxda birinci qızılca xəstəliyinə yoluxma halıdır.
S.Babayeva Qapıçay kənd orta məktəbinin 7-ci sinif şagirdidir.
Rayonun Qarabaldır kənd sakini 5 yaşlı Abdurəhman Taleh oğlu Məmmədli qızılca xəstəliyi ilə bu gün Qax RMX-nın Yolxucu xəstəliklər şöbəsinə daxil olub.
Qeyd edək ki, qızılca xəstəliyinə yoluxma halı ölkənin Şimal-qərb bölgəsində ilk dəfə sentyabr ayının ikinci ongünlüyündə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeydə alınıb.
Oktyabr ayının birinci ongünlüyündə isə bölgədə Zaqatala rayonunda qızılca xəstəliyi qeydə alınıb.
Bizim.Media
![Qaxda qızılcaya ilk yoluxma qeydə alındı Qaxda qızılcaya ilk yoluxma qeydə alındı](https://bizim.media/file/articles/2023/12/03/1701629549_photo_5433784630974208085_y.jpg)
- A-
- A
- A+
Cəmiyyət
22:50 / 03.12.2023
Qaxda qızılcaya ilk yoluxma qeydə alındı
Hazırda oxunan: Qaxda qızılcaya ilk yoluxma qeydə alındı
Hazırda oxunan: Qaxda qızılcaya ilk yoluxma qeydə alındı
167293
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.