Əlahiddə Ümumqoşun Ordusunda avtomobil texnikalarına baxış keçirilib - FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Ordusunda avtomobil texnikalarına baxış keçirilib - FOTO/VİDEO

Hazırda oxunan: Əlahiddə Ümumqoşun Ordusunda avtomobil texnikalarına baxış keçirilib - FOTO/VİDEO

167174

Baxış-müsabiqəsində qış aylarında bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılması, eləcə də şəxsi heyətin soyuq iqlim şəraitində gecə və gündüz heç bir çətinlik çəkmədən xidmət aparması üçün istismarda olan arxa təminatı avtomobil texnikalarının sazlığı yoxlanılıb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçuların yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğularının, səyyar soyuducuların, səyyar tipli çörək zavodlarının, su çənlərinin və səhra mətbəxlərinin cəlb edildiyi baxış-müsabiqəsində texnikalara gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığına, onların texniki göstəricilərinin yüksək səviyyədə saxlanılmasına, həmçinin təlimata uyğun istifadə və istismar olunmasına xüsusi diqqət yetirilib.

Baxış-müsabiqəsinin sonunda ən yaxşı nəticəni göstərən hərbi hissələr mükafatlandırılıb.
 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO