Kürdəmir qəzasında xəsarət alanların KİMLİYİ BİLİNDİ - FOTO

Kürdəmir qəzasında xəsarət alanların KİMLİYİ BİLİNDİ - FOTO

Hazırda oxunan: Kürdəmir qəzasında xəsarət alanların KİMLİYİ BİLİNDİ - FOTO

167168

Kürdəmirdə ağır yol qəzasında xəsarət alanlarən kimliyi bəlli olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun stansiya Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var


Belə ki, 2 eyni modeldən olan “Mercedes”lərin toqquşması nəticəsində 3 nəfər sərnişin - Bakı şəhər sakinləri iki bacı 51 yaşlı Quliyeva Yaqut Məmməd qızı, 54 yaşlı Quliyeva Yeganə Məmməd qızı və Şəmkir rayon sakini 22 yaşlı Məhərrəmli Əmrah Sahib oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.



Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO