Ceyranbatanda ətraf mühiti çirkləndirən sahibkar CƏZALANDIRILDI - FOTO 

Ceyranbatanda ətraf mühiti çirkləndirən sahibkar CƏZALANDIRILDI - FOTO 

Hazırda oxunan: Ceyranbatanda ətraf mühiti çirkləndirən sahibkar CƏZALANDIRILDI - FOTO 

167083

Abşeron Rayon Polis İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri növbəti tədbir zamanı Ceyranbatan qəsəbəsində yerləşən mebel sexlərindən birində məişət tullantılarının qalaqlanması faktı aşkar ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Abşeron rayonunda qeyd edilən faktların aşkar edilməsi istiqamətdə tədbirlər davam etdirilir.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO