Balakən şəhəri ərazisində yerləşən “El-Pera” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq toy mərasiminin keçirildiyi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, 50 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən toy məclisi polis əməkdaşları tərəfindən dayandırılıb.
Sanitar-karantin qaydalarını pozan restoranın sahibi, xidmət personalı, mərasim təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Eyni zamanda, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunan obyekt sahibi Rauf Muradova ciddi xəbərdarlıq edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:53 / 03.04.2021
Balakəndə də toy şənliyi dayandırıldı – 50 nəfər cərimələndi - VİDEO
Hazırda oxunan: Balakəndə də toy şənliyi dayandırıldı – 50 nəfər cərimələndi - VİDEO
Hazırda oxunan: Balakəndə də toy şənliyi dayandırıldı – 50 nəfər cərimələndi - VİDEO
16699
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.