DİN-dən əhaliyə növbəti ÇAĞIRIŞ 

DİN-dən əhaliyə növbəti ÇAĞIRIŞ 

Hazırda oxunan: DİN-dən əhaliyə növbəti ÇAĞIRIŞ 

166986

Daxili İşlər Nazirliyi (DİN) qanunsuz saxlanılan odlu silahlarla bağlı vətəndaşlara çağırış edib. 

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər nəticəsində 2023-cü ilin yanvar-noyabr ayları ərzində 534 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib. Könüllü təhvil verilən silahlardan 24 avtomat, 8 tapança, 502 ov tüfəngi olub. 

"Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir.

Bu vətəndaşlıq nümunəsinin də kütləvi təşviqini nəzərə alaraq, cəmiyyətin hər üzvünün dəstəyi önəmlidir. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər. Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik", DİN-in məlumatında deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO