Samuxda 62 yaşlı kişini maşın VURDU  

Samuxda 62 yaşlı kişini maşın VURDU  

Hazırda oxunan: Samuxda 62 yaşlı kişini maşın VURDU  

166780

Samuxda yolu keçən piyada maşın vurması nəticəsində həyatını itirib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi küçələrindən birində baş verib. 

Samux rayonu Qarabağlar kənd sakini, 1959-cu il təvəllüdlü Süleyman Muradov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən 1961-ci il təvəllüdlü İsmayıl Abdiyevi vurub. Piyada aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO