“31 il sonra öz ata-baba yurduma qayıdıram”.
Bizim.Media xəbər verir ki, bunu Laçın şəhərinə yola düşən keçmiş məcburi köçkün Nərmin Yusifli deyib.
“31 il əvvəl atam, babam Laçında yaşayıb. Amma mən bu gün laçınlı sabahlara, laçınlı gecələrə, laçınlı günlərə qayıdıram. İnşallah, orada planlarım çoxdur. Jurnalistika fəaliyyətimi Laçında davam etdirəcəyəm”-deyə, o bildirib.
Keçmiş məcburi köçkün təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmalarına imkan yaradıldığı üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:53 / 29.11.2023
“Jurnalistika fəaliyyətimi Laçında davam etdirəcəyəm” - Nərmin Yusifli
Hazırda oxunan: “Jurnalistika fəaliyyətimi Laçında davam etdirəcəyəm” - Nərmin Yusifli
Hazırda oxunan: “Jurnalistika fəaliyyətimi Laçında davam etdirəcəyəm” - Nərmin Yusifli
166602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.