Zaqatalada babasını bıçaqlayan gənclə bağlı TƏFƏRRÜATLAR açıqlanıb

Zaqatalada babasını bıçaqlayan gənclə bağlı TƏFƏRRÜATLAR açıqlanıb

Hazırda oxunan: Zaqatalada babasını bıçaqlayan gənclə bağlı TƏFƏRRÜATLAR açıqlanıb

166555

Bu gün günün ikinci yarısı Zaqatalada baş verən bəşaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə İbrahimovlar ailəsində məişət zəminində baş verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada 21 yaşlı oğlan babasını BIÇAQLADI 


Belə ki, 21 yaşlı Ruslan İbrahimov onunla eyni evdə yaşayan babası, 77 yaşlı Yaşar İbrahimovla mübahisə edib və bu, gəncin psixi gərginliyi ilə nəticələnib. Nəticədə Ruslan babasına mətbəx bıçağıyla xəsarət yetirib.

Ailə üzvlərinin verdiyi məlumata əsasən 21 yaşlı gənc psixi xəsəlikdən əziyyət çəkir və vaxtaşırı müalicələr alır.

Baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, babasına xəsarət yetirən gənc saxlanılaraq polisə təhvil verilib. Babası isə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Polis Şöbəsində araşdırma  aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO