Şimal bölgəsinin yaşayış məntəqələrində ilk qar – FOTO/VİDEO  

Şimal bölgəsinin yaşayış məntəqələrində ilk qar – FOTO/VİDEO  

Hazırda oxunan: Şimal bölgəsinin yaşayış məntəqələrində ilk qar – FOTO/VİDEO  

166435

Şimal bölgəsinə ən çox qar bu gün Qubanın Qrız kəndinə düşüb. Bu kənddə -7 dərəcə şaxta qeydə alınıb. 

Bu barədə Bizim.Media-ya Quba Ərazi Hidrometeorologiya Müəssisəsindən məlumat verilib. 

Bildirilib ki, Xınalıq kəndində isə 10 sm qar, -6, -8 dərəcə şaxta müşahidə edilib. Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 13 sm, temperatur -1, Qubanın Xaltan kəndində isə qarın hündürlüyü 10 sm, temperatur isə -1 dərəcə təşkil edib. 
Yaşayış məntəqələrinə yağan ilk qar ən çox uşaqların sevincinə səbəb olub. Xınalıq internat məktəbinin şagirdləri tənəffüs zamanı qarın sevincini yaşayıblar. Qarın fəsadları barədə hələlik məlumat yoxdur. 
 


 






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO