Bu qanun layihəsinin adı dəyişdirildi  - İşçi Qrup yaradıldı

Bu qanun layihəsinin adı dəyişdirildi - İşçi Qrup yaradıldı

Hazırda oxunan: Bu qanun layihəsinin adı dəyişdirildi - İşçi Qrup yaradıldı

166407
“İlk peşə ixtisas təhsili haqqında”x9d qanun layihəsinin adı Milli Məclisdə müzakirələrə səbəb olub.

Moderator.az xəbər verir ki, iclasda çıxış edən millət vəkili Asim Mollazadə bildirib ki, qanunun adında ilk sözü artıqdır: “Biz burada dünya təcrübəsinə əsaslanmalıyıq. Azərbaycan iqtisadiyyatının inkişafı üçün bu qanunun qəbul edilməsi zəruridir. Düşünrəm ki, burada orta məktəblərdə də peşə ixtisası əldə etmək imkanları nəzərdə tutulmalıdır. Qanunun adı “ Peşə təhsili haqqında”x9d olsa daha yaxşı olar. Eyni zamanda İşçi Qrupunun tərkinbinə İqtisadiyyat Nazirliyindən də əməkdaşlar daxil edilməlidir”x9d.

Peşə ixtisası üzrə Dövlət Agentliyinin rəhbəri Famil Mustafayev də Asim Mollazədənin təklifinə dəstək verib. O qeyd edib ki, prezidentin peşə ixtisası ilə bağlı hazırlanan strateji xəritədə də bu məsələ peşə ixtisası ilə bağlıdır: “Biz peşə təhsilinə tamamilə yeni baxışla baxmalıyıq. Bu məsələ sosial və iqtisadi yük daşıyır. Cəmiyyətə işsizliklə bağlı olan sosial gərginliyin aradan qaldırılmasına xidmət edir. Ona görə də daha çox Cənubi Koreya, Sinqapur, Almaniya, İsveç, Finlandiya kimi ölkələrin təcrübəsini öyrənməliyik. “İlk”x9d sözünü çıxarmaq lazımdır. Çünki 40-45 yaşında adam peşə ixtisasına yiyələnməyə maraqlı olmayacaq”x9d.

Müzakirələrdən sonra qanun layihəsinin adında dəyişiklik edilib. Qanun layihəsi “Peşə təhsili haqqında”x9d qanun layihəsi adlandırılıb və İşçi Qrup yaradılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO