Gədəbəy Rayon İcra Hakimiyyətinin binasında dünən gecə saatlarında anidən yanğın başlayıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə yerinə FHN-in Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğın binanın birinci mərtəbəsində yerləşən kompüter otağında anidən başlayıb və masalar, tavan yanıb.
Yanğın söndürülüb və ilkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu