İsmayıllıda yanğının meşəyə keçməsinin qarşısı alındı

İsmayıllıda yanğının meşəyə keçməsinin qarşısı alındı

Hazırda oxunan: İsmayıllıda yanğının meşəyə keçməsinin qarşısı alındı

166234

İsmayıllı rayonunun meşə ilə həmsərhəd qeyri-meşə fondu torpağında yanğın hadisəsi baş verib.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri hadisə ilə əlaqədar əraziyə cəlb olunub.

"Yanğınsöndürmə tədbirləri nəticəsində yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO