Azərbaycanda gəmilərlə daşınan sərnişinlərin sayı AÇIQLANDI 

Azərbaycanda gəmilərlə daşınan sərnişinlərin sayı AÇIQLANDI 

Hazırda oxunan: Azərbaycanda gəmilərlə daşınan sərnişinlərin sayı AÇIQLANDI 

166072

Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-oktyabr aylarında daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 13,6 faiz artaraq 20,1 min nəfər olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. 

Qeyd olunan dövr ərzində bu nəqliyyat vasitəsilə daşınmış yüklərin həcmi 7651,1 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,1 faiz artıb. Yüklərin 55,6 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 11157,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 9221,1 min tonunu və ya 82,6 faizini tranzit yüklər təşkil edib. 
2023-cü il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 366,7 min ton olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO