Yaşlı nəsillə gənc nəsil arasında niyə FİKİR AYRILIĞI  olur? – SƏBƏBLƏR

Yaşlı nəsillə gənc nəsil arasında niyə FİKİR AYRILIĞI  olur? – SƏBƏBLƏR

Hazırda oxunan: Yaşlı nəsillə gənc nəsil arasında niyə FİKİR AYRILIĞI  olur? – SƏBƏBLƏR

166039

Bütün dövrlərdə yaşlı nəsil ilə gənc nəsil arasında fikir ayrılığı olub. Yaşlı nəslin nümayəndələri gənc nəsli həyat tərzinə, geyiminə, davranışına, hətta seçdiyi peşəyə görə qınayıb, onlara oxşamamaqda ittiham ediblər. Əlbəttə, burada istisna hallar var. 

Azərbaycanda da nəsillərarası toqquşmalar baş verir. Bu, ailədə, valideynlərlə övlad arasında, sənət dünyasındakı insanlar, yaşlı aktyorlarla gənc aktyorlar və digər peşə sahibləri arasında özünü biruzə verir.

Psixoloq Taryel Faziloğlu mövzu ilə bağlı Bizim.Media-ya danışarkən bunun nədən qaynaqlandığını açıqlayıb.

O, uşaqların yeniyetməlik dövründə valideynlərlə daha çox razılaşmadıqlarına rast gəlindiyini deyib:

“Nəsillər arasında fikir çatışması tarix boyu olub. Böhran dövrünü yaşayan yeniyetmələr ciddi şəkildə özlərini böyük hiss edirlər, valideynlərsə onların böyüdüyünü qəbul eləmirlər.

Yeniyetmələr öz qərarlarını verəcək yaşda olduqlarını, özəl həyatları ilə bağlı özlərinin yön verməsini istəyirlər. Onların hələ uşaq olduqlarını düşünən valideynlər bu haqqı tanımaq istəmirlər. Onda ciddi qarşıdurma baş verir.

Belə olan halda valideynlər uşaqlarını daha çox üsyankarlıqla, tərbiyəsizliklə, doğruları qəbul etməməklə günahlandırırlarsa, yeniyetmələr də valideynlərini geridə qalmışlıqla, keçmişin qalığı kimi ittiham eləməyə başlayırlar. Nəsillərarası münaqişə adını almış bu hadisə əslində yeniyetməlik böhran dövründə valideyn övlad münasibətlərinin daha aqressiv fonda olmasının ədəbiləşdirilmiş ifadəsidir”.

Psixoloq hesab edir ki, valideyn və övlad arasında yaranan fikir ayrılığı gələcəkdə onun müstəqil qərar verməsinə mane olur:

“Azərbaycan tərbiyə sistemində ən böyük problemlərdən biri odur ki, bizdə böyük-kiçik adını verdiyimiz  ailə-mental sistemi var. Bu sistemdə fikir ayrılığı olsa belə uşaqlara valideyn sağ olduğu müddətdə böyüyün qərarlarına sorğu-sualsız boyun əymək zorunda olduqları öyrədilir.

Buna görə də valideynlər uşaqların yaşı nə qədər olursa, olsun onların yerinə qərar vermə haqqını özlərində görürlər. Yəni uşaqların, əsasən də kişilərin valideynləri sağ olduğu müddətdə qərar verməsində hər zaman inkişaf olmur.

Birdən-birə özü qərarvermə situasiyasına düşəndə böyük sıxıntılar yaşaya bilirlər. Bu gün Azərbaycanda 30 yaşında belə özləri qərar verə bilməyən insanlar var ki, mütləq şəkildə valideynləri onların yerinə qərar verir”.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO