Şəmkir rayonunda sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə polis, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən birgə növbəti tədbirlər keçirilib.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı Şəmkir rayon Çaparlı kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.
Aşkar edilmiş faktla bağlı vəzifəli şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Bu kimi halların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:45 / 25.11.2023
Şəmkirdə vəzifəli şəxs məsuliyyətə cəlb OLUNDU
Hazırda oxunan: Şəmkirdə vəzifəli şəxs məsuliyyətə cəlb OLUNDU
Hazırda oxunan: Şəmkirdə vəzifəli şəxs məsuliyyətə cəlb OLUNDU
166033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.