Bakıda məktəbdə şagirdlər arasında DAVA - Xəsarət alan var 

Bakıda məktəbdə şagirdlər arasında DAVA - Xəsarət alan var 

Hazırda oxunan: Bakıda məktəbdə şagirdlər arasında DAVA - Xəsarət alan var 

166023

Bakı şəhəri 75 nömrəli məktəbdə bıçaqlanma olmasına dair yayılan məlumata aydınlıq gətirilib. 

Bizim.Media xəbər verir ki, məktəbdən “apa.az”a bildirilib ki, 24.11.2023-cü il tarixində 7-ci sinifdə təhsil alan 2 şagird arasında (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) tənəffüs vaxtı mübahisə yaranıb. 

"Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin qarın nayihəsini cızıb. Məktəb rəhbərliyi tərəfindən dərhal məsələyə müdaxilə edilib. Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi bir xəsarət aşkar olunmayıb. 
Daha sonra hər iki şagirdin valideynləri məktəbə dəvət olunaraq onlardan izahat alınıb və akt tərtib edilib. Hər iki şagirdin valideynləri arasında qarşılıqlı anlaşma yaranıb, övladlarına daha ciddi nəzarət edəcəklərini bildiriblər" - deyə qeyd edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO