Qazax rayonu ərazisində havaya normadan artıq tüstü buraxdığına görə asfalt zavodunun fəaliyyəti müvəqqəti dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edilib ki, bu günlərdə sosial şəbəkələrdə yayılan görüntü xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Məlum olub ki, sözügedən görüntü bu ilin avqust ayında çəkilib. Elə həmin ayda keçirilən monitorinqlər zamanı 28 saylı yol istismarı idarəsinin balansında olan asfalt zavodundan havaya tüstünün atıldığı müəyyən edilib.
Araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun olduğu, lakin filtrlərinin dəyişdirilmədiyi səbəbindən havaya normadan artıq tüstünün yayıldığı məlum olub və faktla bağlı akt tərtib olunub. Noyabrın 17-də isə asfalt zavodun qaz-toz tutucu qurğusunun filtrləri dəyişdirilib. Zavodun rəhbərliyinə məcburi göstəriş verilib və fəaliyyəti müvəqqəti dayandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:51 / 24.11.2023
Qazaxda havanı çirkləndirən zavodun fəaliyyəti DAYANDIRILDI
Hazırda oxunan: Qazaxda havanı çirkləndirən zavodun fəaliyyəti DAYANDIRILDI
Hazırda oxunan: Qazaxda havanı çirkləndirən zavodun fəaliyyəti DAYANDIRILDI
165954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.