Zaqatalada gənc qadın küçədə öldürüldü – TƏFƏRRÜAT - YENİLƏNİB - FOTO/VİDEO 

Zaqatalada gənc qadın küçədə öldürüldü – TƏFƏRRÜAT - YENİLƏNİB - FOTO/VİDEO 

Hazırda oxunan: Zaqatalada gənc qadın küçədə öldürüldü – TƏFƏRRÜAT - YENİLƏNİB - FOTO/VİDEO 

165877

Zaqatalada baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib.

Küçədə bıçaqlanaraq qətlə yetirilən 34 yaşlı Aygün Mikayıl qızı Həşimova Zaqatalanın Qımır kəndindəndir.

Hədisəni törətməkdə şübhəli sayılan 32 yaşlı Əli Fərhad oğlu Səfərov isə Şamaxı rayonundandır. Onlar ailəli olublar, bir müddət əvvəl ilə boşanıblar. Aygün Həşimova müvəqqəti olaraq Bakı şəhərində yaşayıb. O, bir ay əvvəl Bakıdan Zaqatalaya qayıdıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

*** 09:48

Noyabrın 24-də saat 09 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO