İsmayıllıda QƏZA: Beşi hindistanlı olmaqla, 6 nəfər xəsarət alıb - FOTO

İsmayıllıda QƏZA: Beşi hindistanlı olmaqla, 6 nəfər xəsarət alıb - FOTO

Hazırda oxunan: İsmayıllıda QƏZA: Beşi hindistanlı olmaqla, 6 nəfər xəsarət alıb - FOTO

165848

İsmayıllıda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Tircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü həmin yolda hərəkətdə olarkən gecə saatları olduğundan yol nişanlarına məhəl qoymayıb. 

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində Hindistan əsilli 5 vətəndaş və 1 soydaşımış ağır dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda rayonun hüquq mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.










Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO