Noyabrın 27-də Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, layihə parlamentin Regional məsələlər komitəsində müzakirə ediləcək.
Layihəyə əsasən, Suqovuşan qəsəbəsi yenidən Ağdərə rayonun tərkibinə verilir. Bundan başqa, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuş və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonun ərazisi əvvəlki qaydada təşkil olunur.
Qanun layihəsində qeyd edilib ki, Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadrat kilometr Ağdərə rayonunun inzibati ərazisinə veriləcək.
Xatırladaq ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunub və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünüb. Həmin vaxt Suqovuşan qəsəbəsi də Tərtər rayonuna birləşdirilmişdi.
1993-cü il iyulun 7-də Ağdərə rayonu ermənilər tərəfindən işğal olunmuşdu.
Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qayıdıb. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:47 / 23.11.2023
Ağdərə rayonunun yaradılması ilə bağlı qanun bu tarixdə müzakirə ediləcək
Hazırda oxunan: Ağdərə rayonunun yaradılması ilə bağlı qanun bu tarixdə müzakirə ediləcək
Hazırda oxunan: Ağdərə rayonunun yaradılması ilə bağlı qanun bu tarixdə müzakirə ediləcək
165811
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.