Gəncədə itkin düşən 14 yaşlı oğlan tapıldı - YENİLƏNİB

Gəncədə itkin düşən 14 yaşlı oğlan tapıldı - YENİLƏNİB

Hazırda oxunan: Gəncədə itkin düşən 14 yaşlı oğlan tapıldı - YENİLƏNİB

165533

Gəncədə itkin düşən 2009-cu il təvəllüdlü Orxan Səmədov tapılaraq ailəsinə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə Regional qrupdan Bizim.Media-ya bildirilib ki, Orxan Səmədov Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılıb.

*** 09:55

Gəncədə 14 yaşlı yeniyetmə itkin düşüb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu barədə Gəncə şəhər Baş Polis İdarəsinə yeniyetmənin babası müraciət edib. 

Ələddin Səmədov nəvəsi, 2009-cu il təvəllüdlü Orxan Səmədovun noyabrın 18-də yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşdüyünü, geri dönmədiyini bildirib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO