Şəkidə vətəndaşlardan 31 odlu silah götürüldü - FOTO

Şəkidə vətəndaşlardan 31 odlu silah götürüldü - FOTO

Hazırda oxunan: Şəkidə vətəndaşlardan 31 odlu silah götürüldü - FOTO

165529

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 25 gün ərzində keçirilən silsilə əməliyyat tədbirləri və aparılan profilaktiki tədbirlər nəticəsində vətəndaşlardan qanunsuz olaraq saxladıqları ümumilikdə 31 odlu silah aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin 31 odlu silahdan 4-ü “Kalaşnikov” markalı avtomat, 1-i “Makarov” markalı tapança, 2-si “TOZ” markalı yivli tüfəng, 24-ü isə müvafiq icazələri olmadan saxlanılan müxtəlif markalı ov tüfəngləri olub.

2023-cü il ərzində isə Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş əməliyyat və profilaktiki tədbirlər nəticəsində 6-sı avtomat, 5-i tapança, 8-i yivli “TOZ” , 70-i isə müxtəlif markalı yivsiz tüfənglər olmaqla ümumilikdə 85 odlu silah müəyyən edilərək götürülüb.
Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə şöbə əməkdaşları tərəfindən zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO