Naxçıvan şəhər Təcili Tibbi Yardım Mərkəzinin bazasında Muxtar Respublikanın (MR) Səhiyyə Nazirliyinin tabeliyində təcili tibbi yardım xidməti yaradılıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, bu barədə MR-in səhiyyə nazirinin vəzifəsini icra edən Samiq Sadıxov məlumat verib.
O bildirib ki, bununla da 12 cür geolokasiyanın sayı 40-a qədər artırılması nəzərdə tutulub:
"Bunun proqram təminatı ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir. Növbəti ilin əvvəlində bu proqram təminatı istifadəyə veriləcək və mərkəzləşmiş qaydada idarə ediləcək. Eləcə də təcili tibbi yardım maşınlarının qarajının yenilənməsi ilə bağlı ciddi işlər görülüb. Bugünkü təcili tibbi yardım avtomobilləri müəyyən mənada ehtiyaclarımızı qarşılayır. Amma növbəti illərdə bu avtomobillərin yenilənməsi, ehtiyac olan yeni avtomobillərin alınması ilə bağlı işlər görülür".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:19 / 21.11.2023
Naxçıvanda təcili tibbi yardım xidməti YARADILIB
Hazırda oxunan: Naxçıvanda təcili tibbi yardım xidməti YARADILIB
Hazırda oxunan: Naxçıvanda təcili tibbi yardım xidməti YARADILIB
165480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.