Azərbaycanda, Qızılağac Milli Parkında ilk dəfə "Flaminqo festivalı" keçirilir.
Bizim.Media xəbər verir ki, festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər, həmçinin Qızılağac Milli Parkına aid simvollar nümayiş olunur.
Festivalda dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də milli parkı ziyarət edən turistlər iştirak edir.
Axşam saatlarınadək davam edəcək festivalda iştirakçılar Qızılağac Milli Parkı ərazisində qayıq və kvadrasikllarla gəzir, körfəz ərazisində quş koloniyaları müşahidə edirlər.
Festival çərçivəsində 1 milyon çəkikimi balıq körpəsi Qızılağac Milli Parkının körfəz ərazisinə, milli parkın faunasına xas olan turac quşları isə təbiətə buraxılıb.
*** 11:40
Bu gün Qızılağac Milli Parkında Flaminqo festivalı keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda mətbuat nümayəndələri və qonaqlar iştirak edəcəklər.
Bizim.Media-nın Cənub bürosuna verilən məlumata görə, festival çərçivəsində balıq buraxılışı, quşların müşahidəsi, qayıqlarla gəzinti, əl işlərinin sərgisi və müxtəlif tədbirlər təşkil olunacaq.
Elşən Feyzullayev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:13 / 21.11.2023
Qızılağac Milli Parkında “Flaminqo festivalı” başladı - YENİLƏNİB/FOTO
Hazırda oxunan: Qızılağac Milli Parkında “Flaminqo festivalı” başladı - YENİLƏNİB/FOTO
Hazırda oxunan: Qızılağac Milli Parkında “Flaminqo festivalı” başladı - YENİLƏNİB/FOTO
165382
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.