Şimal-Qərb bölgəsində temperatur 5 dərəcəyə ENDİ - FOTO  

Şimal-Qərb bölgəsində temperatur 5 dərəcəyə ENDİ - FOTO  

Hazırda oxunan: Şimal-Qərb bölgəsində temperatur 5 dərəcəyə ENDİ - FOTO  

165353

Ötən axşam Şimal-Qərb bölgəsində payız gələndən ilk dəfə yağış yağıb, temperatur 10 dərəcədən aşağı düşüb. 

Bizim.Media-nın yerli bürosu Şəki Regional Hidrometeorologiya Müəssisəsinə istinadən xəbər verir ki, bir neçə ay davam edən qeyri-sabit hava şəraiti nəhayət ötən gündən yağışlı hava ilə müşayiət olunub. 

Bütün gecəni bölgə rayonlarında heç bir fəsad olmadan yağış yağıb. Diqqəti cəlb edən ən maraqlı məqam isə Böyük Qafqaz sıra dağlarına qarın düşməsidir. Bu isə bölgə rayonlarının dağlıq və dağətəyi yaşayış məntəqələrində temperaturun enməsi ilə müşayiət olunub. 
Belə ki, bu il ilk dəfə temperatur 10 dərəcədən aşağı düşərək 5-7 dərəcə arasında dəyişib. Hazırda bölgə rayonlarında buludlu, sabit hava şəraiti hökm sürür. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO