Bir doza vaksinin iki nəfərə vurulması iddiasıyla bağlı - AÇIQLAMA

Bir doza vaksinin iki nəfərə vurulması iddiasıyla bağlı - AÇIQLAMA

Hazırda oxunan: Bir doza vaksinin iki nəfərə vurulması iddiasıyla bağlı - AÇIQLAMA

16532

"Sosial şəbəkələrdə yazılan hər bir fikrə hörmətlə yanaşıram, çünki hər bir insanın öz fikrini bildirmək hüququ var”.

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır. O bildirib ki, vətəndaşların hər hansı neqativ hadisə ilə bağlı konkret şikayəti varsa, bunun üçün mütləq rəsmi şəkildə müraciət etməlidir:

 

MÖVZU İLƏ BAĞLI:

Koronavirus Azərbaycanda nə qədər mövcud olacaq? – İnfeksionist zaman AÇIQLADI


"Bunu ümumi şəkildə qeyd etməməlidirlər. O zaman biz hadisəni araşdıra bilmirik. Bu gün səhiyyə sistemində 100 mindən çox insan çalışır. Respublikanın hər rayonunda məntəqələr açmışıq və vaksinasiya prosesi gedir".

"Əgər hər hansı məntəqədə nöqsanla qarşılaşırlarsa, mütləq onu konkret şəkildə bildirməlidirlər və bu, araşdırılmalıdır. Mənfi hallar xüsusi orqanlar, bu işlə məşğul olan insanlar tərəfindən araşdırılmalıdır”.

Y. Qarayeva qeyd edib ki, bu gün Azərbaycanda vaksin çatışmazlığı yoxdur: "Ölkəmiz ilk günlərdən vaksinlə bağlı bütün istiqamətlərdə danışıqlar aparır”.

Departament rəhbərinin sözlərinə görə, bir doza vaksinin bölünərək iki nəfərə vurulması ilə bağlı heç bir rəsmi şikayət almayıblar:

"Biz də bunu sosial şəbəkələrdə oxumuşuq. Neqativ hallar daha çox növbələrlə bağlı olur".

"İnsanların bir yerə kütləvi toplanması ilə bağlı şikayətlər var. Bəzən şəkillər də göndərirlər. Xüsusən havalar soyuq olanda insanları açıq havada gözlədə bilmirdik. Amma çalışırıq ki, məsələyə dərhal reaksiya verək".

"Hansı rayonda, hansı məntəqədə belə hadisə baş veribsə, dərhal məntəqənin rəhbərləri ilə əlaqə saxlayırıq. Orada vəziyyəti tənzimləməyə, insanlar arasında sosial məsafənin gözlənilməsinə çalışırıq”. (Apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO