İşğaldan azad olunmuş ərazilərdə 44 günlük müharibədən sonra 10000-dən çox piyada əleyhinə, 3000-dən çox tank əleyhinə minalar aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqi zamanı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan XİN və Müdafiə Nazirliyi brifinq KEÇİRİB - VİDEO
O bildirib ki, bu ərazilərdə hələ də silahsızlaşdırma prosesi davam edir, yeni silah anbarları aşkarlanır.
“19 sentyabra qədər qeydiyyatdan keçirilmədən qeyri-qanuni yollarla bu ərazilərə silahlar daşınmağa davam edib. Erməni silahlı qüvvələri mülki insanlara dronların hərbi məqsədlə istifadəsi ilə bağlı təlimlər keçib ki, bu dronlar vasitəsilə Azərbaycanın hərbi və mülki infrastrukturuna zərbələr vurulsun”, - Anar Eyvazov deyib.
Bizim.Media