Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 26 ədəd patron aşkarlanaraq götürülüb.
Həmçinin, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 2 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:04 / 20.11.2023
Şirvanda silah-sursat TAPILDI
Hazırda oxunan: Şirvanda silah-sursat TAPILDI
Hazırda oxunan: Şirvanda silah-sursat TAPILDI
165171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.