Ağsuda 5 yaşayış məntəqəsinə xidmət edən poçt niyə bağlanıb? - FOTO/VİDEO

Ağsuda 5 yaşayış məntəqəsinə xidmət edən poçt niyə bağlanıb? - FOTO/VİDEO

Hazırda oxunan: Ağsuda 5 yaşayış məntəqəsinə xidmət edən poçt niyə bağlanıb? - FOTO/VİDEO

165126

Ağsu rayonunun Kalva kənd sakinləri poçt xidmətlərindən yararlana bilmirlər. Səbəb isə bu kənddəki poçt filalının üç aydır ki, bağlı olmasıdır.

Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, kənddə ilk poçt filialı 1965-ci ildə yaradılıb və yaxınlıqdakı 5 yaşayış məntəqəsində məskunlaşan əhaliyə xidmət göstəririb.

2006-ci ildə isə əhali artımı nəzərə alınaraq burada yeni və müasir poçt binası tikilərək istifadəyə verilib. Lakin 3 ay əvvəl onun fəaliyyətinin dayandırılması 5 kəndin sakinlərini çətin vəziyyətdə qoyub.
Kənd sakinləri qeyd edirlər ki, hər hansı bir poçt xidmətindən yararlanmaq üçün 25-30 kilometr yol qət etməli olurlar. Bu isə həm vaxt itkisi, həm də əlavə xərc deməkdir.


Məsələ ilə bağlı Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Vüqar Əfəndiyev bildirib ki, poçt filalının bağlanma səbəbi onun maliyyə dövriyyəsinin aşağı olmasıdır.

Bununla belə, sakinlərin şikayətləri nəzərə alınaraq, Ağsu Rayon İcra Hakimiyətinə və aidiyyəti qrumlara məlumat verilib.

Daha ətraflı videomaterialda:
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO