Bu ərazilərdə təhsil ənənəvi qaydada olacaq - Təhsil naziri AÇIQLADI

Bu ərazilərdə təhsil ənənəvi qaydada olacaq - Təhsil naziri AÇIQLADI

Hazırda oxunan: Bu ərazilərdə təhsil ənənəvi qaydada olacaq - Təhsil naziri AÇIQLADI

16506

''Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair 30 mart tarixində elan etdiyimiz sorğu çərçivəsində 50.000 - dən çox rəy qəbul edilib''.

Bizim.Media xəbər verir ki,bu barədə Təhsil naziri Emin Əmrullayev feysbuk hesabında yazıb.

Nazir bildirib ki, rəylərin əksəriyyətinə görə məktəblərin bu və ya digər formada distant tədrisə keçirilməsi qeyd olunur:

''Sorğuda iştirak edən hər kəsə təşəkkür edirəm. İctimaiyyətin fikrinin qərar qəbulunda nəzərə alınması bizim üçün çox önəmlidir. Bu gün yoluxmanın üstünlük təşkil etdiyi ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonu) tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar qəbul edildi.

Təhlillər göstərir ki, son həftə ərzində olan yoluxmaların 80 %-dən çoxu bu bölgələrin payına düşür. Yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək, lakin yoluxma halları artdığı təqdirdə həmin ərazilərdə də tədrisin distant formaya keçirilməsi nəzərdə tutulur''.

E. Əmrullayevin sözlərinə görə, pedaqoji və texniki heyətin peyvənd olunması prosesi davam edir:

Bir daha vurğulamalıyam ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətinin təmin edilməsində vaksinasiya mühüm faktordur. Hər birinizin bu məsələdə fəal iştirakını vacib hesab edirəm. Müəllimlərin və məktəblərdə işləyən digər şəxslərin qısa zaman ərzində peyvənd olunması ənənəvi təhsilə keçidi sürətləndirən mütləq məqamdır''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO