Bələdiyyə sədri inzibati məsuliyyətə CƏLB OLUNDU - FOTO 

Bələdiyyə sədri inzibati məsuliyyətə CƏLB OLUNDU - FOTO 

Hazırda oxunan: Bələdiyyə sədri inzibati məsuliyyətə CƏLB OLUNDU - FOTO 

164986

Balakəndə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.  

Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Püştətala kəndində məişət tullantılarının qalaqlanması halları aşkar olunub. 
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunub. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO