Qaradağda ikimərtəbəli ev YANIB 

Qaradağda ikimərtəbəli ev YANIB 

Hazırda oxunan: Qaradağda ikimərtəbəli ev YANIB 

164979

Bakıda ev yanıb, xəsarət alan var. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin birinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları, bitişik, sahəsi 400 m² olan talvarın yanar konstruksiyaları 150 m² sahədə və yaxınlıqda, ümumi sahəsi 80 m² olan birmərtəbəli evin dam örtüyü 10 m² sahədə yanıb.

Yüksək temperaturdan lambirdən ibarət tavan 40 m² sahədə və 2 ədəd plastik qapı əriyib. 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evlərin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO