DİN: Vətəndaşlar külli miqdarda silahı polisə TƏHVİL VERDİLƏR – FOTO

DİN: Vətəndaşlar külli miqdarda silahı polisə TƏHVİL VERDİLƏR – FOTO

Hazırda oxunan: DİN: Vətəndaşlar külli miqdarda silahı polisə TƏHVİL VERDİLƏR – FOTO

164927

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, noyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında iki ədəd avtomat, bir ədəd tapança, 22 ədəd alışdırıcısı, beş patron darağı, 346 ədəd müxtəlif çaplı patron və 16 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər. 
Keçirilən əməliyyat tədbirləri ilə bir ədəd avtomat, səkkiz ov tüfəngi, 16 patron və iki patron darağı aşkar edilərək götürülüb.  



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO