Qobustanda vətəndaşlar qanunsuz silahları polisə könüllü təhvil veriblər - FOTO 

Qobustanda vətəndaşlar qanunsuz silahları polisə könüllü təhvil veriblər - FOTO 

Hazırda oxunan: Qobustanda vətəndaşlar qanunsuz silahları polisə könüllü təhvil veriblər - FOTO 

164900

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, vətəndaşlar arasında aparılan profilaktik tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan saxladıqları, ümumilikdə, 4 ov tüfəngini könüllü polisə təhvil veriblər. 

Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı isə Təklə Mirzəbaba kəndində məişət tullantılarının qalaqlanması halları aşkar olunub
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilib.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO