Rəsmi Bakı Məhkəmənin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edən, Ermənistanın Azərbaycanın Qarabağ üzərində uzun müddətdir qəbul edilmiş və beynəlxalq səviyyədə tanınmış suverenliyini şübhə altına alan tələbini rədd edən qərarını alqışlayır.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı yaydığı məlumatda qeyd edilib.
“Həmçinin diqqətəlayiq haldır ki, Məhkəmə Azərbaycanın bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini də rədd edib.
Məhkəmənin Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfərini asanlaşdırmaq və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığa dair tələbi ilə bağlı heç bir tədbir görməyi tələb etməməsi faktı Azərbaycanın bu sahədə göstərdiyi açıqlığın və əməkdaşlığın etirafıdır. Bu, ölkəmizə qarşı irəli sürülən bütün ittihamları mahiyyətcə əsassız edir”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:58 / 17.11.2023
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Qarabağla bağlı tələbini RƏDD ETDİ
Hazırda oxunan: Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Qarabağla bağlı tələbini RƏDD ETDİ
Hazırda oxunan: Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Qarabağla bağlı tələbini RƏDD ETDİ
164869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.