Qarabağda inşa olunan İşğal və Zəfər muzeyləri komplekslərinin layihələri İtaliyada keçirilən sərgidə nümayiş etdirilir.
Bizim.Media xəbər verir ki, İşğal və Zəfər muzeyləri kompleksləri “Art Cloud Network” (ACN) şirkəti tərəfindən layihələndirilib.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov və ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov “Fiera di Roma” sərgi mərkəzində ACN şirkətinin stendi ilə tanış olublar.
Stenddə sərgi iştirakçılarına işğaldan azad olunmuş ərazilərimizdə tikilən İşğal və Zəfər muzeyləri komplekslərinin layihələri, videoçarxlar, fotolar, elektron sərgi və 3D elektron tur nümayiş etdirilir. Həmçinin Ağdamda tikilən İşğal və Zəfər muzeyləri kompleksinin maketi də təqdim olunur.
Qeyd edək ki, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və Kəlbəcər rayonlarında Zəfər və İşğal muzeyləri yaradılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:04 / 17.11.2023
Qarabağda tikilən İşğal və Zəfər muzeylərinin layihələri İtaliyadakı sərgidə - FOTO
Hazırda oxunan: Qarabağda tikilən İşğal və Zəfər muzeylərinin layihələri İtaliyadakı sərgidə - FOTO
Hazırda oxunan: Qarabağda tikilən İşğal və Zəfər muzeylərinin layihələri İtaliyadakı sərgidə - FOTO
164809
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.