Masallıda qanunsuz odlu silah saxlayanlar aşkarlanıb, məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi və Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı rayonun Ərkivan qəsəbəsinin ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halı aşkar olunub.
Aşkarlanmış halla bağlı ərazi üzrə bələdiyyənin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunub.
Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:07 / 16.11.2023
Masallıda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub - FOTO
Hazırda oxunan: Masallıda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub - FOTO
Hazırda oxunan: Masallıda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub - FOTO
164692
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.