Kürdəmirdə qanunsuz ov edənlər SAXLANILDI 

Kürdəmirdə qanunsuz ov edənlər SAXLANILDI 

Hazırda oxunan: Kürdəmirdə qanunsuz ov edənlər SAXLANILDI 

164662

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Qarabucaq kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən dörd nəfər saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, aparılan araşdırmalarla onların kənd sakinləri C.Bünyətov, F.Bünyətov, Göyçay rayon sakinləri – Q.Mahmudov və C.Mahmudov olduqları müəyyən edilib. 

Həmin şəxslərdən müvafiq sənədləri olmayan iki ədəd "İJ" markalı ov silahı və qanunsuz olaraq ovlanmış heyvanlar aşkarlanaraq götürülüb. 

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən digər bir tədbir zamanı isə rayonun Pirili kənd sakini İ.Kərimovdan bir ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi aşkarlanıb. 
Faktlarla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO