Azərbaycanda axtarışda olan şəxs İrana qaçarkən SAXLANILDI - FOTO 

Azərbaycanda axtarışda olan şəxs İrana qaçarkən SAXLANILDI - FOTO 

Hazırda oxunan: Azərbaycanda axtarışda olan şəxs İrana qaçarkən SAXLANILDI - FOTO 

164652

Azərbaycan-İran sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğlu Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO